600

Müştərilər

900

Məhsullar

30

Brendlər

17

İllik Təcrübə

Image
Retinalab Medical Company

Haqqımızda

Retinalab şirkəti tibbi avadanlıqlar sahəsində 2008-ci ildən etibarən peşəkar təcrübəyə malik Emil Səmədov tərəfindən 2020-ci ildə Bakı şəhərində təsis edilmişdir. Şirkət fəaliyyətini tam şəkildə oftalmologiya sahəsinə fokuslayan, bu istiqamətdə A-dan Z-yə ixtisaslaşmağı hədəfləyən peşəkar komanda ilə həyata keçirən tibbi şirkətdir.

Retinalab oftalmologiya sahəsində kompleks həllər təqdim edərək müştərilərinə yüksək keyfiyyətli məhsul və xidmətlər göstərir.

Məhsul və xidmət istiqamətlərimiz
• Oftalmoloji cihazlar və avadanlıqlar
• Oftalmoloji cərrahi sərf materialları
• Oftalmoloji alətlər və ləvazimatlar
• Oftalmoloji cihazların texniki servisi və təmiri
• Optika cihazları, avadanlıqları və ləvazimatları

Hal-hazırda Retinalab 900-ə yaxın məhsul çeşidi və 300-ə yaxın aktiv müştəri portfeli ilə fəaliyyətini uğurla davam etdirir.

Şirkət dünyanın 15 fərqli ölkəsindən 40-dan çox aparıcı oftalmoloji brendin Azərbaycandakı rəsmi distribyutorudur. Bu brendlər sırasında BVI Medical, Aurolab, Meridian AG, Melag AG, Topcon, Meran, Retinnas, Alger, Bovie, Devine Meditech, Healthium, i-Stil, Lacrivera, AI-Optic, Tecfen, Moptim, Mediworks, Micromed Medical Device, Suoer, Bioptics, Umioptics, Crystalvue, MicroRec, MicroClear, Octacare, Titan Medical, Meda, Frey, Potec, Polifarma, Diathera, CSO, Ocular, Staar Surgical, Soniquence, Neitz və digər tanınmış istehsalçılar yer alır.
Məhsullarımız və xidmətlərimizlə əyanı tanış olmaq üçün Bakı şəhəri, Əhməd Rəcəbli 193 ünvanında yerləşən showroom-umuzu ziyarət edə bilərsiniz.

Retinalab şirkəti 175 m² ofis sahəsi, 170 m² anbar və texniki servis sahəsi, eləcə də peşəkar satış və texniki servis komandası ilə müştərilərinin xidmətindədir.


(#göz müayinə cihazlarının satışı, #göz cərrahi cihazlarının satışı, #optika şüşə yonma cihazlarının satışı, #refraktometr satışı, #yarıq lampa satışı, #göz təzyiqi ölçmə cihazı satışı, #optika avadanlıqları satışı, #göz əməliyyat materiallarının satışı, #lensmetr satışı, #şüşə ölçmə cihazının satışı, #oftalmologiya sərfiyyat satışı, #oftalmoloji kombayn satışı)

Missiyamız
  • İnsan sağlamlığını əsas tutaraq, dünyanın aparıcı və keyfiyyətli oftalmoloji brendlərinin distribusiyasını və satışını peşəkar səviyyədə həyata keçirmək.

Vizyonumuz
  • Dəyərlərimizi rəhbər tutaraq, oftalmoloji məhsulların distribusiyası və satışında aparıcı, ixtisaslaşmış və etibarlı şirkətlərdən biri olmaq.

Məhsullar

Dəyərlərimiz

Dürüstlük

Dürüstlük

Şirkət daxili və şirkət xarici bütün əlaqə və prosseslərdə dürüstlük ən önəmli iş prinsipimizdir.

Keyfiyyət

Keyfiyyət

Müəssisə fəlsəfəsinin əsasını müştərilərin tələbatına uyğun keyfiyyətli məhsullar təşkil edir.

Güvən

Güvən

Müştərilərimi və əməkdaşlarımızla münasibətlərdə qarşılıqlı güvən prinsipləri bizim üçün çox vacibdir.

Peşəkarlıq

Peşəkarlıq

Şirkətimiz bütün iş proseslərində (kadrların seçilməsi, müştəriyə xidmət, maliyyə və inzibati idarəetmə işlərində) peşəkarlığa əsaslanır.

Müştərilər